2020/2021 mövsümünə Qəbələdə hazırlaşan "Sumqayıt" komandası bu gün toplanış çərçivəsində sonuncu yoxlama oyununu keçiriəcək.
Klubun Mətbuat katibi Rəşad Məmmədovun Sportnet.az-a verdiyi məlumata görə, hazırlıq prosesinin ilk mərhələsinə "Qəbələ"yə qarşı matçla yekun vuracaq "gənclik şəhəri" təmsilçisi gecə saatlarında geri qayıdacaq.
Baş məşqçisi Ayxan Abbasov avqustun 9-dək futbolçulara istirahət verəcək. Ayın 10-da isə "Sumqayıt" yenidən Qəbələyə qayıdacaq və avrokuboklarla yeni mövsümün hazırlığını əyalətdə davam etdirəcək.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçı saat 18:00-da başlayacaq.