Türkiyənin "Fənərbağça" komandası heyətinə yeni futbolçu qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"dan ayrılan Mert Hakan Yandaşı transfer edib.
26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Fənərbağça" dünən "Alanyaspor" ilə müqaviləsi başa çatan baş məşqçi Erol Bulutun komandanın sükanı arxasına gətirildiyini açıqlayıb.