![](/uploads/posts/2020-04/1586954351_qarabaq-neftci2.jpg)
Azərbaycan futbolunda 2020/2021 transfer dövrlərinin tarixləri müəyyənləşib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yay transfer pəncərəsi avqustun 3-dən oktyabrın 5-dək açıq olacaq. Qış transfer pəncərəsi isə 2021-ci il yanvarın 10-da açılacaq və fevralın 10-da qapadılacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 21-də start götürəcək.