Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Gianni De Byazi bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.
Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis "Azersun Arena"da oynanılacaq matça tribunadan canlı tamaşa edəcək.
64 yaşlı baş məşqçi daha əvvəl "Bank Respublika Arena"da "Sabah" - "Qəbələ" oyununa (2:0) baxıb.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" görüşü saat 20:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə baş tutan sınaq matçında Ağdam təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.