
“Neftçi” məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçiblər.
Məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Neftçi” yeni mövsümdə ilk oyununu avqustun 21-də keçirəcək. Komanda Premyer Liqanın 1-ci turu çərçivəsində “Səbail”i qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş “Bakcell Arena”da baş tutacaq.
Ayın 27-də isə flaqman UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq.