Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” növbəti transferini reallaşdırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, paytaxt təmsilçisi qapıçı Kamal Bayramovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Son klubu “Səbail” olan 34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümündə 11 qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə üz-üzə gələcək. Avqustun 27-də "ASK Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.