Bu gün "Keşlə”nin Müşahidə Şurasının iclası keçirilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Yunis Hüseynovun əsas komandaya yeni baş məşqçisi təyin olunması qərara alınıb. O, yeni vəzifədə Tərlan Əhmədovu əvəzləyib.
Müşahidə Şurası üzvləri yeni mövsümdə Hüseynova uğurlar arzulayıb.