"Neftçi" klubu ilə yollarını ayıran yunanıstanlı futbolçu Vangelis Platellas karyerasını ölkəsində davam etdirə bilər.
Sportnet.az "Sportdog" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin Larisa AEL-inə keçəcəyi gözlənilir. Yunanıstan klubu artıq Platellasla danışıqlara başlayıb.
Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edib.