"Qəbələ" klubu Braziliyanın "Parana" komandasının futbolçusu Rafael Alemaonu heyətinə qatmaq istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Klub rəsmisi 24 yaşlı hücumçu ilə danışıqların davam etdiyini söyləyib.
Qeyd edək ki, Rafael Alemao "Parana"nin yetirməsidir və karyerası ərzində yalnız bu klubun formasını geyinib. "Qəbələ" daha əvvəl "Vitoriya"nın hücumçusu Eronildo dos Santos Roşanı icarə əsasında heyətinə qatmaq istəsə də, qarşı tərəf təklifi rədd edib.