
"Hər iki komandanın futbolçularını təbrik edirəm. Beş ay uzun fasilədir. Bu qədər futbolsuz qaldıq".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis komandaların meydanın hər qarışı uğrunda mübarizə apardıqlarını bildirib: "İlk tur üçün dinamik və baxımlı oyun oldu".