
"Qəbələ"nin evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdiyi Azərbaycan Premyer Liqasının ilk tur matçında mübahisəli epizod baş verib.
Sportnet.az xəbər verir ki, 81-ci dəqiqədə qonaq komandadan Ruslan Qurbanovun qapı qarşısına ötürməsini dəf edərkən, top meydan sahiblərinin yeni transferi Yurgen Xocanın əlinə dəyib. Lakin baş hakim Kamal Umudlu penalti təyin etməyib.