“Zirə”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.
Sportnet.az xəbər verir ki, bu yubiley 2020/21 mövsümünün ilk turuna təsadüf edib.
“Qəbələ” ilə səfərdəki görüşün (1:1) 77-ci dəqiqəsində meydana çıxan 29 yaşlı hücumçu ölkə çempionatındakı oyun sayını 200-ə çatdırıb.
Bu, həm də Qurbanovun “Zirə”də debütü olub.