Oktyabrın 8-də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə Avropa çempionatının seçmə oyununda üz-üzə gələcək Slovakiya millisinin heyəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, rəqib komandanın heyətinə 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçu çağırılıb.
Qapıçılar: David Şipoş (“Nitra”), Samuel Petraş (“Jilina”), İvan Krayçirik (“Rujomberok”)
Müdafiəçilər: Martin Şulek (“Trenkin”), Kristian Vallo, Branislav Sluka (hər ikisi “Jilina”), Lukaş Fabiş (“Nitra”), Dominik Şpiryak (“Pohronye”), Gerqeli Tumma (“Spartak”, Trnava), İvan Mesik (“Nordsyelland”, Danimarka), Matuş Voytko (“Zemplin”)
Yarımmüdafiəçilər: Peter Pokornı (“Senkt-Polten”, Avstriya), Miroslav Qono, Patrik Misloviç, David Dyuriş, Yan Bernat (hamısı “Jilina”), Kristian Herç (“Karvina”, Çexiya), Yakub Kadak (“Trenkin”), Tomaş Suslov (“Qroningen”, Niderland), Martin Koval (“Zlate Moravçe-Vrable”), Marian Çobot (“Nitra”)
Hücumçular: Lyubomir Tupta (“Verona”, İtaliya), David Streleç (“Slovan”), Ladislav Almasi (“Rujomberok”)
Qeyd edək ki, Nitra şəhərindəki “Nitra stadionu”nda keçiriləcək oyun saat 18:30-da başlayacaq.