AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, avstriyalı mütəxəssis UEFA Millətlər Liqasında Moldova – Yunanıstan matçında hakim-inspektor olacaq.
Qarşılaşma noyabrın 15-də Kişinyov şəhərindəki “Zimbru” stadionunda keçiriləcək.