
Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı istintaq işi davam edir.
Sportnet.az TN telekanalına istinadən xəbər verir ki, polislər veteran hücumçunun psixiatrı olan Aqustin Kosaçovun Buenos-Ayresdəki evində və klinikasında axtarış aparır.
Son aylarda Maradona ilə işləmiş həkim mərhum oyunçunun ölüm xəbəri açıqlanarkən evində olub.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib. Prokurorluq hazırda onun ölümünün səbəblərini araşdırır.