FIFA İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya idmançılarına beynəlxalq yarışlarda iki illik cəza verilməsinə dair qərara münasibət bildirib.
Sportnet.az xəbər verir ki, bu barədə ali futbol qurumunun Mətbuat xidmətində "RIA Novosti"yə bildirilib.
"FIFA CAS-ın qərarını nəzərə alıb və nəticələrini qiymətləndirəcək" - deyə FIFA-dan vurğulanıb.
CAS-ın və Ümumdünya Antidopinq Agentliyinin qərarına əsasən, rusiyalı idmançılar 2022-ci ilədək dövlət bayrağı altında beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.