İngiltərənin "Mançester Siti" klubunun daha iki oyunu əvvəlcədən planlaşıdırılmış vaxtda baş tutmaya bilər.
Sportnet.az "The Atletic"ə istindən xəbər verir ki, 7 futbolçusu koronavirusa yoluxduğu üçün "Everton"la Premyer Liqa matçı təxirə salınan "şəhərlilər"in "Çelsi" və "Mançester Yunayted"lə görüşləri də sual altına düşüb.
Çünki növbəti test zamanı klubun əməkdaşlarından hər hansı birində virus aşkarlanarsa, komandaya məşq etmək üçün icazə verilməyə bilər.
Bu qarşılaşmaların birincisi (3 yanvar) çempionatda, ikincisi (6 yanvar) isə Liqa Kubokunda keçirilməlidir.
Qeyd edək ki, 14 oyundan 26 xal toplayan "Mançester Siti" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.