İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç qar üzərinə alt paltarında lüt bədənlə uzanıb.
Sportnet.az-ın məlumatına görə, 39 yaşlı hücumçu bu barədə şəxsi tvitter səhifəsində paylaşım edib. İsveçli forvard Milanda çəkdirdiyi videoda evindən çılpaq çıxaraq, güclü qar yağıntısı altına düşüb.
Qeyd edək ki, Zlatan İbrahimoviç hazırda əzələ zədəsindən bərpa prosesi keçir.