Argentinanın 25 yaşlı futbolçusu Yevgeniya Laprovittola özünü əfsanəvi futbolçu, ölkə yığmasının və "Barselona" klubunun sabiq oyunçusu Dieqo Maradonanın qızı elan edib.
Sportnet.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qadın oyunçu Maradonanın onun atası olduğunu sübut etmək üçün artıq məhkəmədə iddia da irəli qaldırıb. Jurnalist Luis Ventura bildirib ki, Maradona ölümündən əvvəl Laprovittolanın arzusu barədə xəbərdarlıq edilib.
Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun ölümünə ciyərlərindəki kəskin şiş səbəb olub. Maradona rəsmən beş övad atasıdır. İndi argentinalının bir neçə tanınmamış varisi onunla qohumluğunu sübut etməyə çalışır.
Dieqo Maradona "Barselona", “Napoli” və Nyuella Old Boys” komandalarındakı çıxışları ilə məşhurdur. Futbolçu 1986-cı ildə Argentina yığmasının heyətində dünya çempionu olub. O, idman tarixində ən böyük futbolçulardan biri hesab edilir.