
Azərbaycan Premyer Liqasının XIV turunda keçirilən "Səbail" - "Neftçi" matçında maraqlı hadisə baş verib.
Sportnet.az xəbər verir ki, görüşün baş hakimi Kamal Umudlu "Neftçi"nin qapısına penalti təyin edib.
27-ci dəqiqədə Əfran İsmayılovun dəqiq zərbəsini Aqil Məmmədov dəf edib. Lakin baş hakim qapıçının irəli çıxdığını əsas gətirərək penaltinin yenidən yerinə yetirilməsini tələb edib.
İsmayılov 28-ci dəqiqədə penaltidən fərqlənib.