
"Sumqayıt" futbol komandası təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcək. Sportnet.az-ın məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda yanvarın 17-si və 19-da AZAL-la qarşılaşacaq.
"Gənclik şəhəri" təmsilçisi yanvarın 23-də isə 1-ci divizion təmsilçisi "Zirə"ni qəbul edəcək. Yanvarın 14-də planlaşdırılan yoxlama oyunu üçün rəqibin kimliyi hələ məlum deyil.
















































































