1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin növbəti rəqibləri məlum oldu
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibləri müəyyənləşib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mübarizə apardığı F qrupunda birinci yeri tutan yığmamız növbəti oyunlarını D və E qrupunun qalibləri ilə üz-üzə gələcək.
Bunlar Sankt-Peterburq komandası və Cənubi Koreya millisi olacaq. İkinci qrup mərhələsinin H qrupunun Sankt-Peterburq – Azərbaycan oyunu yanvarın 7-də, Azərbaycan – Cənubi Koreya qarşılaşması isə ertəsi gün – yanvarın 8-də, Peterburqkski İdman-Konsert Kompleksində təşkil olunacaq. Hər iki oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.