Futbol üzrə Çili millisinə yeni baş məşqçi təyin olunub.
Sportnet.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma uruqvaylı mütəxəssis Martin Lasarteyə tapşırılıb.
60 yaşlı mütəxəssislə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. Milli komanda final mərhələsinə vəsiqə qazansa, baş məşqçi ilə sözləşmənin müddəti avtomatik olaraq uzadılacaq.
Qeyd edək ki, Martin Lasarte bu vəzifədə Reynaldo Ruedanı əvəzləyib.