"Zirə" klubunun futbolçuları Riçard Almeyda və Fakundo Melivilo koronavirusdan sağalıblar.
Sportnet.az-ın məlumatına görə, hər iki oyunçunun növbəti testi mənfi çıxıb.
Onlarla yanaşı Vüsal Əliyev də eyni səbəbdən Premyer Liqanın XXI turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri matçı buraxıb.
Qeyd edək ki, "Zirə" növbəti turda "Keşlə"ni qəbul edəcək. Aprelin 11-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.