
Futbol üzrə Azərbaycan I Divizionunda XXII turun son iki oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, görüşlər qonaq komandaların qələbəsi ilə yekunlaşıb.
"Zaqatala" Bakıda "Qarabağ-2"ni 2:1 hesabı ilə yenərək, 49 xalla liderliyə yüksəlib. MOİK isə Gəncədə "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəlsə də, 17 xalla sonuncu pillədə qalıb.
I Divizion, XXII tur
18 aprel
15:30. "Kəpəz" - MOİK - 1:3
Qollar: Röyal Əhmədov, 17 - Əlibəy Məmmədli, 48. Zahir Xanhüseynli, 87. Elvin Nəsibov, 90+8
16:00. "Qarabağ-2" - "Zaqatala" - 1:2
Qollar: Kamran Məmmədov, 80 - Xəlil Bəşirov, 12. Nicat Oruclu, 75
Qırmızı vərəqə: Xəlil Bəşirov, 33 ("Zaqatala")
Qeyd edək ki, turun ilk 3 oyununda "Turan Tovuz" səfərdə "Qaradağ Lökbatan"ı 2:1, "Neftçi-2" "Sumqayıt-2"ni 4:0, "Keşlə-2" isə evdə "Sabah"ı 3:0 hesablı məğlubiyyətə uğradıb.