
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, bu raundun ilk oyunu İspaniyada "Real Madrid"lə İngiltərənin "Çelsi" komandası arasında baş tutub. "Alfredo Di Stefano" stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.
----------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, bu raundun ilk qarşılaşması İspaniyada baş tutacaq.
"Real Madrid" İngiltərənin "Çelsi" komandasını qəbul edəcək. "Alfredo Di Stefano" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Meydan sahiblərinin heyətində kapitan Serxio Ramos, Ferlan Mendi, Federiko Valverde və Lukas Vaskes zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə yeganə itki zədəli Mateo Kovaçiçin yoxluğudur.
Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.
Çempionlar Liqası, yarımfinal
İlk oyun
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Kərim Benzema, 29 - Kristian Pulişiç, 14
Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.