Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Neftçi" və "Qarabağ" arasında keçiriləcək çempionluq qarşılaşması gənc FIFA referisi Elçin Məsiyevə tapşırılıb.
Təcrübəli beynəlxalq dərəcəli hakim Əliyar Ağayev 3-cü yerdə gedən "Zirə"nin "Sabah"la səfər matçında iş başında olacaq. Bürünc medal uğrunda mübarizə aparan digər komanda "Sumqayıt"ın "Səbail"lə səfər görüşü isə perspektivli ədalət təmsilçisi Rəşad Əhmədova tapşırılıb.
Nəhayət, "Keşlə" - "Qəbələ" görüşü Rəvan Həmzəzadəyə tapşırlıb.
Azərbaycan Premyer Liqası, XXVIII tur
19 may (çərşənbə)
18:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”
18:00. “Sabah” –“ Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”
18:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”
20:30. “Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”.