
2012-ci ildə keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Qazaxıstan - Azərbaycan (2:1) qarşılaşması danışılmış oyun adlandırıb. Sportnet.az-ın məlumatına görə, Qazaxıstan mətbuatı həmin görüşdə dubl edən Sergey Qridinin klubsuz qalması ilə bağlı yazıda bu cür fikir bildirib.
Mətbuat 28 yaşlı hücumçunun "Tobol"da çıxışını qeyd edərək Azərbaycanla keçirilən danışılmış oyunda vurduğu qollarla (2) yadda qalan futbolçu adlandırıb.
AFFA rəsmisi isə Qazaxıstan mətbuatının iddiasının yalan olduğunu bildirib. Federasiyanın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayil Nərimanoğlu "Report"a açıqlamasında bu cür bir hadisənin mümkünsüzlüyündən danışıb: "Oyundan əvvəl meydana Azərbaycan bayrağı gətirilir və dövlət himni səsləndirilir. Necə ola bilər ki, bunlarda sonra danışılmış oyun ola?" M.Nərimanoğlu federasiya əməkdaşalarının məsələ ilə bağlı etirazlarını mətbu orqana çatdıracaqlarını da söyləyib.
Qeyd edək ki, Sergey Qridinin sonuncu komandası Qazaxıstanın "Ordabası" klubu olub Qış toplanışında baş məşqçi Viktor Kumıkov futbolçunun ona lazım olmadığını bildirərək, komandadan göndərib.