
Almaniyanın Münhen şəhəri futbol üzrə Avropa çempionatında əlavə oyunları qəbul etməyə hazırdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə Bavariyanın baş naziri Markus Zöder DPA agentliyinə açıqlamasında deyib.
O, bildirib ki, İngiltərədəki epidemioloji vəziyyət növbəti matçların keçirilməsinə mane olarsa, qarşılaşmalara ev sahibliyi edə bilərlər: "İstənilən vaxt əlavə oyunun təşkilindən məmnun olarıq. "Alyans Arena" hər bir halda buna hazırdır. Pandemiya şəraitində UEFA-nın B planı olsaydı, daha yaxşı olardı".
Qeyd edək ki, Britaniyanın "Times" nəşri UEFA-nın Londonda nəzərdə tutulan yarımfinal və final matçlarının yerini Macarıstanın paytaxtı Budapeştə dəyişmək variantını nəzərdən keçirdiyini yazıb.