Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa çempionatındakı uğursuzluğa baxmayaraq, istefaya göndərilməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrae "RMC Sport"a açıqlamasında deyib.
Funksioner bildirib ki, 53 yaşlı mütəxəssis DÇ-2022-nin sonunadək yığmanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Fransa millisi AVRO-2020-nin 1/8 finalında İsveçrəyə uduzaraq mübarizəni dayandırıb.