
“Sabah” və "Keşlə" komandaları bu gün yoxlama matçında üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilmiş oyun "Keşlə"nin qələbəsi ilə başa çatıb - 2:1.
Qeyd edək ki, “Keşlə” daha əvvəl “Səbail”lə 1:1, "Sabah" isə “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.
Yoxlama oyunu
13 iyul
19:00. “Sabah” – “Keşlə” - 1:2
Qollar: Slavik Alxasov, 83 - Azər Salahlı, 80, Rəhman Hacıyev, 90+1
"Bank Respublika Arena"