
Səudiyyə Ərəbistanı İtaliya ilə birgə 2030-cu ildə dünya çempionatı keçirmək istəyir.
Sportnet.az-ın "The Athletic"ə istinadən məlumatına görə, iki birgə ərizə vermək niyyətindədir. Bu ideya gerçəkləşsə, dünya çempionatı ilk dəfə iki fərqli qitədə təşkil olunacaq.
Daha əvvəl İspaniya - Portuqaliya, İngiltərə - İrlandiya, Argentina - Uruqvay - Paraqvay, Rumıniya - Yunanıstan və Bolqarıstan - Serbiya birgə namizədliklərini irəli sürmək istəklərini bəyan ediblər.
Qeyd edək ki, DÇ-2022 Qətərdə, DÇ-2026 isə Meksika, ABŞ və Kanadada keçiriləcək.