"İlk oyunda yaxşı nəticə qazandıq. Həmin matçdan sonra həyəcanı hiss edirik. Bu, əyləncəli və xoş hissdir. Konfrans Liqasında mübarizəyə davam etsək xoşbəxt olacağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirəri İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon evdə "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis keyfiyyətli rəqibə qarşı oynayacaqlarını bildirib: "Çox ağıllı olmalı və üzərimizə düşəni etməliyik. Qarşımızda yaxşı komanda var".
Şimon ilk matçdan sonra Ağdam təmsilçisi haqqında çox şeylər öyrəndiyini sözlərinə əlavə edib: "Azərbaycandakı görüşü unutmalıyıq. Bu qarşılaşma fərqli olacaq. Yaxşı və ağıllı oynamaq istəyirik".
Qeyd edək ki, iyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı oyunda hesab açılmayıb.