
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Avstriya yığmasına qarşı keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, görüş sentyabrın 7-də Rid-innkreys şəhərindəki “Josko Arena”da təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.