İtaliyanın "Yuventus" klubu bu yay portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunu satmağı nəzərdən keçirir.
Sportnet.az “Marca”ya istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 35 yaşlı hücumçunun satışının klubun maddi durumuna müsbət təsir edə biləcəyini düşünür.
"Yuventus" rəhbərliyi əmindir ki, Ronaldunun gedişi komadada islahatın keçirilməsi üçün pul məbləğinə əhəmiyyətli dərəcədə qənaət edəcək.
"Qoca sinyora"nın oyunçu ilə bağlı konkret təklifi yoxdur, amma turinlilər gözləməyə hazırdır. Avropada transfer pəncərəsi avqustun 31-ə qədər açıqdır.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə İspaniya "Real Madrid"indən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.