Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədələnib.
Sportnet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper "Borussiya" (Dortmund) klubuna qarşı Almaniya Super Kuboku uğrunda matçda ayaq biləyindən xəsarət alıb.
Təcrübəli oyunçu bugünkü məşqdə iştirak edə bilməyib. Onun bərpa müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, "Bavariya" "Borussiya"nı 3:1 hesabı ilə məğlub edib.