İspaniyanın "Barselona" klubu 455 milyon avro məbləğində yeni kredit götürüb.
Sportnet.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, kredit 10 il üçün hesablanır və onun orta faizi 1,98-dir.
Qeyd edək ki, Kataloniya təmsilçisi maliyyə problemləri səbəbindən Lionel Messi ilə yeni müqavilə imzalaya bilməyib və argentinalı oyunçu Fransa PSJ-sinə keçib.
Daha əvvəl klub prezidenti Joan Laporta borclarının artdığını söyləyib.