
"Qəbələ" komandası "Keşlə" ilə Azərbaycan Premyer Liqasının II tur matçında hesabı möhtəşəm qolla açıb.
Sportnet.az-ın məlumatına görə, həmin qol Qəbələ şəhər stadionunda mövsümün ilk oyununa təsadüf edib. 11-ci dəqiqədə Yaovi Akakpo cinah ötürməsini gözəl zərbə ilə tamamlayıb. Toqolu yarımmüdafiəçi qolunu eyni qaydada gözəlliklə qeyd edib.