"Hələlik rəhbərliklə görüşməmişik, nəsə olsa, zəng edəcəklər. Bu gün komandaya istirahət vermişik".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov klubdakı taleyi ilə bağlı danışarkən deyib.
41 yaşlı mütəxəssis son qərarı rəhbərliyin verəcəyini bildirib: "Hələlik gözləyirik. Qarşıda nə olacağını görəcəyik".
Qurbanov "4 oyundakı uğursuzluqdan sonra öz istəyinizlə getmək istəmirsinizmi" sualına isə bu cür cavab verib: "Bu sualı çox verirlər. Komandanı düzəltmək istəyirik. Rəhbərliklə hər şeyi müzakirə edəcəyik".
Qeyd edək ki, 4 oyundan sonra xalsız olan "Keşlə" Azərbaycan Premyer Liqasının sonuncu - 8-ci pilləsində qərarlaşıb.