Azərbaycan millisinin bir neçə sabiq futbolçusu məşqçiliyə başlayır.
Sportnet.az-ın məlumatına görə, "Keşlə"də çıxış edən Rail Məlikovla Ruslan Əmircanov, həmçinin Cavid Hüseynov, Vaqif Cavadov və Rəşad Sadiqov AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsinə qatılıb.
Sentyabrın 30-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilir.
Kursun ikinci mərhələsi 18 - 21 oktyabr, üçüncü mərhələsi 8 - 11 noyabr, dördüncü mərhələsi isə 13 - 24 dekabrda keçiriləcək.