
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu XI turun "Lex"lə ev oyununda start heyətdə meydana çıxıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 54-cü dəqiqədə Mikael İşak vurub.
Emreli 65-ci dəqiqədə yerini Tomas Pekharta verib.
Bu nəticədən sonra xalını 24-ə çatdıran "Lex" liderliyini qoruyub. "Legiya" isə 9 oyundan 9 xalla 15-cidir.