
"Neftçi"nin futbolçusu Mert Çelik cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisində da çıxış edən 21 yaşlı müdafiəçi Premyer Liqada XII turun "Səbail" komandası ilə ev oyununda sarı vərəqə alıb. Bu, mövsümdə dördüncü sarı vərəqəsi olduğundan, Çelik XIII turda "Sumqayıt"la görüşdə oynamayacaq.
Qeyd edək ki, dekabrın 5-də "Bakcell Arena"da təşkil olunacaq növbəti tur qarşılaşması saat 16:00-da başlanacaq. "Səbail"lə görüşdə "Neftçi" qalib gəlib - 1:0.