
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun və günün sonuncu oyununda "Zirə" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qol 32-ci dəqiqədə qeydə alınıb. Urfan Abbasov qonaqları hesabda önə keçirib. 40-cı dəqiqədə Rövlan Muradov cərimə zərbəsindən baxımlı qola imza ataraq "qırmızı-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. 86-cı dəqiqədə "Qəbələ"nin futbolçusu Omar Hanı ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Paytaxt klubunun gürcüstanlı legioneri Davit Volkov 45+4-cü dəqiqədə fərqi azaltmağa müvəffəq olub.
Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Qəbələ" ikinci pilləyə yüksəlib. "Zirə" 22 xalla üçüncü sıradadır.
Qeyd edək ki, günün digər matçında "Neftçi" "Sumqayıt"la qolsuz bərabərə qalıb. İlk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. "Qarabağ" isə "Sabah"ı darmadağın edib - 5:1.
--------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş qolsuz yekunlaşıb. Sönük məcrada keçən ilk yarıda tərəflər, demək olar ki, təhlükəli vəziyyət yarada bilməyiblər.
Fasilədən sonrakı azsaylı qol epizodlarında isə son nöqtəni qoymaq mümkün olmayıb.
Beləliklə, "Neftçi" son 5 oyunda 4-cü qarşılaşmasında qalib gələ bilməyib və 21 xalla 4-cü pillədə qalıb. Xalını 12-yə çatdıran "Sumqayıt" isə 6-cı mövqedə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər görüşdə isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1. Tura saat 18:15-də başlanacaq "Zirə" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Neftçi" 3 oyundur xal qazana bilməyən "Sumqayıt"ı qəbul edəcək. Hazırda paytaxt klubu 20 xalla dördüncü, "gənclik şəhəri" təmsilçisi isə 11 xalla altıncıdır.
İki komanda arasında indiyədək ölkə çempionatında keçirilmiş 36 görüşün 17-də "Neftçi", 12-də "Sumqayıt" qalib gəlib. 7 qarşılaşma heç-heçə ilə başa çatıb.Topların nisbətində də flaqman öndədir - 54:43.
Son 7 qarşılaşmada meydan sahibi komanda qələbə qazanmayıb. “Neftçi” son iki ev matçında eyni - 0:2 hesabı ilə uduzub.
Turun son oyunu Zirədə eyniadlı komanda ilə "Qəbələ" arasında olacaq. 12 turdan sonra 22 xalı olan "Zirə" 2-ci sırada qərarlaşıb. Eyni xala malik "Qəbələ" isə üçüncüdür. Mərkəzi qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Komandalar bunadək Premyer Liqada 24 dəfə üz-üzə gəliblər. Bu matçların 5-i "qartallar"ın, 7-si "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb. 12 görüşdə qalib müəyyənləşməyib. Əyalət təmsilçisinin vurduğu 27 qola, paytaxt klubu 21 topla cavab verib.
Son 3 oyunda heç-heçə qeydə alınıb. “Zirə” son iki ev matçında qol buraxmayıb.
Azərbaycan Premyer Liqası
XIII tur
5 dekabr
16:00. “Neftçi” – “Sumqayıt” - 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”.
18:15. “Zirə” – “Qəbələ” - 1:2
Qol: Davit Volkov, 45+4 Urfan Abbasov, 32. Rövlan Muradov, 40
Qırmızı vərəqə: Omar Hanı, 86
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun açılış matçında "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər oyunda isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1.