
"Keşlə" klubu 4 futbolçusu ilə vidalaşıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Anatole Abanq və Nicat Qurbanovla imzalanmış müqavilələrin müddəti başa çatıb. Con Kamara və Omar Qudiabi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub rəhbərliyi futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib və onların hər birinə karyeralarında uğurlar arzulayıb.