
Futbol üzrə Azərbaycan I Divizionunda XVII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, lider "Neftçala" "Turan Tovuz"un, ikinci pillədəki "Rəvan "Göyəzən"in qapısından 4 top keçirib.
Prinsipial rəqiblərdən sayılan "Ağsu" ilə "Qaradağ Lökbatan" arasındakı qarşılaşmada isə qonaqlar minimal hesablı qələbəyə imza atıb.
27 fevral
"Şuşa Qarabağ” - "Bakılı” - 1:2
Qollar: Elvin İsmayılov, 90+4 - Azər İbrahimov, 22. Ramil Əliyev, 50
"Mil-Muğan” - "Şəmkir” - 1:1
Qollar: Coşqun Süleymanov, 9 - Azər Məmmədov, 22
"Ağsu” – "Qaradağ Lökbatan” - 0:1
Qol: Sabir Allahquliyev, 47
"Göyəzən” - "Rəvan” - 0:4
Qollar: Elgün Abbaslı, 43, 80. Vüsal Qarayev, 79. Aslan Hüseynov, 90
"Neftçala” – "Turan Tovuz” - 4:1
Qollar: Məhəmməd Alıyev, 31, 54-penalti ilə. Fərmayıl Əliyev, 34. Məhəmməd Xəlilov, 59 - Qədir Həsənli, 84
"Zirə” - "Kəpəz” - 1:0
Qol: Aslan Hüseynov, 75
25 fevral
MOİK – "Energetik” - 3:0
Qollar: Röyal Nəcəfov, 6; 7. Cavid Həziyev, 77
Qeyd edək ki, "Lokomotiv"in çempionatdan kənarlaşdırılması üzündən "Şahdağ" turu istirahətlə keçirib.













































































