
"Zədədən əziyyət çəkdiyimdən, bir müddət komandadan ayrı çalışmaq məcburiyyətində qaldım".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Azər Salahlı Türkiyənin Antalya bölgəsində Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klub televiziyasına açıqlamasında deyib. 28 yaşlı müdafiəçi formasını tədricən bərpa etdiyini bildirib: "Çalışıram ki, gələn oyunlaradək pik nöqtəyə çata bilim. Formamı bərpa etdikdən sonra hər şeyin uğurlu alınacağına inanıram".
Qeyd edək ki, "Neftçi" növbəti yoxlama oyununu yanvarın 19-da Polşanın “Visla” (Plotsk) komandasına qarşı keçirəcək.