Belçika millisinin, İspaniya "Barselona"sı və İngiltərə "Arsenal"ının sabiq futbolçusu Tomas Vermalen karyerasını başa vurub.
Spornet.az Belçika Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı veteran müdafiəçi bundan sonra öz ölkəsinin yığmasında çalışacaq. O, baş məşqçi Roberto Martinesin köməkçisi təyin olunub.
Qeyd edək ki, Belçika millisində 85 oyun keçirmiş Tomas Vermalen Niderlandın "Ayaks", İtaliyanın "Roma" və Yaponiyanın "Vissel Kobe" komandalarında da çıxış edib.