
"Qalatasaray" komandası Türkiyə Super Liqasında ardıcıl dördüncü məğlubiyyətlə üzləşib.
Sportnet.az-ın məlumatına görə, "sarı-qırmızılar" XXIII turun mərkəzi qarşılaşmasında "Trabzonspor"a uduzub - 1:2. İstanbuldakı "Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşmada hesabı 31-ci dəqiqədə Aleksandru Çikıldeu penalti ilə açıb. Lakin Anastasios Bakasetas 84-cü, Edin Vişça isə 90-cı dəqiqədə fərqlənərək, "Tranbzonspor"a əzmkar qələbə qazandırıb.
Beləliklə, "Qalatasaray" 23 oyundan 27 xalla 15-ci pillədə qərarlaşıb. Xalını 54-ə çatdıran "Trabzonspor" isə liderliyini davam etdirir.