UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Portuqaliyada "Braqa" və Moldova "Şerif"i arasında keçirilən cavab görüşünün əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. İlk matçda "Şerif" eyni hesabla qalib gəldiyi üçün ümumi nəticə bərabərləşib.
Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib. Penaltilər seriyasında isə "Braqa" 3:2 hesabı ilə qalib gəlib və 1/8 finala yüksəlib.
----------------------
UEFA Avropa Liqasında pley-off mərhələsinin daha 3 cavab görüşü başa çatıb.
Sportnet.az-ın məlumatına görə, İspaniya "Barselona"sı İtaliyada "Napoli" ilə qarşılaşmada qalib gələrək, mərhələ adlayıb. Qalib komandadan qolları Xordi Alba 8-ci, Frenki de Yonq 13-cü, Jerar Pike 45-ci, Pyer-Emerik Obameyanq 59-cu dəqiqədə vurub. Meydan sahiblərindən isə Lorentso İnsinye 23-cü dəqiqədə penalti ilə və Matteo Politano 87-ci dəqiqədə fərqlənib.
"Reyncers" isə Şotlandiyada Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə 2:2 hesablı heç-heçə edib. Nəticədə meydan sahibləri ilk görüşdəki 4:2 hesablı qələbə sayəsində 1/8 finala yüksəlib.
"Betis" İspaniyada Rusiya "Zenit"i ilə qolsuz heç-heçə edərək, ilk qarşılaşmada 3:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə çıxıb.
"Braqa" Portuqaliyada Moldova "Şerif"inə 2:0 hesabı ilə qalib gəlib və nəticədə ümumi hesab bərabərləşib. Bununla da görüş əlavə vaxta uzanıb.
-------------------------------------
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada İspaniya "Sevilya"sını qəbul edib. Görüş Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna ehtiyatda başlayan Emreli 62-ci dəqiqədə Bruno Petkoviçin yerinə meydana daxil olub. Qol da məhz 25 yaşlı forvardın meydana çıxmasından sonra vurulub. 65-ci dəqiqədə Mislav Orşiç penaltidən fərqlənib.
Qələbəyə baxmayaraq, ilk görüşdə 1:3 hesabı ilə uduzan "Dinamo" mübarizəni dayandırıb. "Sevilya" isə adını 1/8 finala yazdırıb. La Liqa təmsilçisi ilə yanaşı, İtaliyanın "Atalanta", Almaniyanın "Leyptsiq" və Portuqaliyanın "Portu" klubları da mərhələ adlayıblar.
---------------------------------
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada İspaniya "Sevilya"sını qəbul edəcək. Zaqreb təmsilçisi səfərdəki ilk görüşdə 1:3 hesabı ilə məğlub olub.
Günün maraqla gözlənilən qarşılaşması İtaliyada olacaq. "Napoli" İspaniya "Barselona"sının müqavimətini qırmağa çalışacaq. Kataloniyadakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
UEFA Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunları
24 fevral
21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya) - 1:0
İlk oyun - 1:3.
21:45. "Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya) - 0:3
İlk oyun - 1:2.
21:45. "Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya) - 1:3
İlk oyun - 2:2.
21:45. "Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) - 2:2
İlk oyun - 1:2.
00:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya) - 2:4
İlk oyun - 1:1.
00:00. "Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2
İlk oyun - 4:2.
00:00. "Betis" (İspaniya) - "Zenit" (Rusiya) - 0:0
İlk oyun - 3:2.
00:00. "Braqa" (Portuqaliya) - "Şerif" (Moldova) - 2:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 3:2)
İlk oyun - 0:2.