
Rusiya və İran milli komandaları arasında iyunun 2-nə planlaşdırılan yoldaşlıq oyunu Qətərin paytaxtı Dohada keçirilə bilər.
Sportnet.az "Sport-express" nəşrinə istinadən xəbər verir ki, görüşün 2022-ci il dünya çempionatının matçlarına ev sahibliyi edəcək stadionların birində gerçəkləşəcəyi gözlənilir.
Hər iki ölkənin futbol federasiyası bununla bağlı razılığa gəlib. Qətər də oyunu qəbul etməyə qarşı deyil. Amma hələlik FIFA-dan qarşılaşma ilə bağlı icazə alınmayıb.
Qeyd edək ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.